veten informasiya agentliyi

Zakir Həsənov Moskvada — VİDEO

Tarix:30-07-2018, 11:22
Baxış Sayı:380

Zakir Həsənov Moskvada — VİDEO














Moskvaya səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri digər qonaqlarla birgə sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlara baxış keçirib. Nümayiş etdirilən eksponatlar yarışlar keçirilən günlərdə qonaqların yaxından tanış olmaları üçün sərgilənəcək.
Müdafiə naziri “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün 150-dən çox milli mətbəx nümunələri təqdim ediblər. Çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxıblar.

Tədbirdə həmçinin ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.


Aygün Kazımova bu universitetdə konsert verəcək
Aygün Kazımova bu universitetdə konsert verəcək
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
Qanunsuz silah-sursat aşkarlandı
Qanunsuz silah-sursat aşkarlandı
Bu gün Həcc ziyarəti başa çatır
Bu gün Həcc ziyarəti başa çatır
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Avtomobil bazarında qiymətlər BAHALAŞIB