veten informasiya agentliyi

Prezidentdən İmran Qasımovla bağlı SƏRƏNCAM

Tarix:29-06-2018, 11:17
Baxış Sayı:404

Prezidentdən İmran Qasımovla bağlı SƏRƏNCAM















Prezident İlham Əliyev xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2018-ci ilin noyabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, dövlət mükafatı laureatı, xalq yazıçısı İmran Haşım oğlu Qasımovun anadan olmasının 100 illiyi tamam olur. İmran Qasımov yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardandır. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirmişdir. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

Aygün Kazımova bu universitetdə konsert verəcək
Aygün Kazımova bu universitetdə konsert verəcək
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
Qanunsuz silah-sursat aşkarlandı
Qanunsuz silah-sursat aşkarlandı
Bu gün Həcc ziyarəti başa çatır
Bu gün Həcc ziyarəti başa çatır
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Avtomobil bazarında qiymətlər BAHALAŞIB