veten informasiya agentliyi

“Azərbaycan və Türkiyə ən yaxın zamanda Qarabağda hərbi parad keçirəcək” — Türkiyəli general

Tarix:27-06-2018, 09:30
Baxış Sayı:421

“Azərbaycan və Türkiyə ən yaxın zamanda Qarabağda hərbi parad keçirəcək” — Türkiyəli general















“Allahın köməyi ilə Azərbaycan və Türkiyə hərbçilərinin Bakıdakı hərbi parad keçidi ən yaxın zamanda Dağlıq Qarabağda təkrarlanacaq”.
Bu fikirləri eksklüziv açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılqan bildirib.

Türkiyəli general deyib ki, Azərbaycan və Türkiyə hərbçilərinin bu cür birgə fəaliyyəti dünyada türk birliyinin yaranması üçün başlanğıc hesab olunur:

“Türkün birləşdiyi zaman gücünün nələrə qadir olduğunu bütün dünya yaxşı bilir. Dünyada zülmə qarşı mübarizəni daha da sürətləndirmək üçün türkün bu gücünə ehtiyac var. İnşallah Bakıda keçirilən bu hərbi parad zülmə qarşı mübarizənin başlanğıcı olar. Türk dünyası, türk dövlətləri gücləndikcə, dünya daha da adilləşəcək və haqq-ədalət öz yerini tapacaq”.
Kürşat Atılqan qeyd edib ki, işğalçı Ermənistan Bakıda keçirilən hərbi paraddan özünə ağıllı dərs çıxartmalıdır:

“Bunun üçün də ilk növbədə işğalçılıq siyasətinə son qoymalı və Azərbaycan torpaqlarından dərhal çıxmalıdırlar. Bunun başqa yolu da yoxdur. Onsuz da gec-tez Azərbaycan həmin torpaqları ya sülhlə, ya da müharibə yolu ilə işğaldan azad edəcək. Erməni xalqı sülh yolunu nə qədər tez seçsə, bir o qədər qazanacaq. Əslində, ermənilər ağıllı millət olsaydı, regionda türk dövlətləri ilə doğru siyasət aparardılar. Belə olan zaman erməni xalqı da rifah içərisində yaşayar”.

Aygün Kazımova bu universitetdə konsert verəcək
Aygün Kazımova bu universitetdə konsert verəcək
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
Qanunsuz silah-sursat aşkarlandı
Qanunsuz silah-sursat aşkarlandı
Bu gün Həcc ziyarəti başa çatır
Bu gün Həcc ziyarəti başa çatır
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Avtomobil bazarında qiymətlər BAHALAŞIB