veten informasiya agentliyi

Mübariz İbrahimovun məzarı ziyarət edilib — FOTO

Tarix:20-06-2018, 10:13
Baxış Sayı:464

Mübariz İbrahimovun məzarı ziyarət edilib — FOTO














Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 19-da torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi II Fəxri xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoyublar.
Mərasimdə Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, anım günü qeyd edilən Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu bildirib. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını diqqətə çatdırıb. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyünü vurğulayıb.
Tədbirdə Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun igidliyindən danışılıb, həyat yoluna nəzər salınıb, göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Mübariz İbrahimovun məzarı ziyarət edilib — FOTOMübariz İbrahimovun məzarı ziyarət edilib — FOTOMübariz İbrahimovun məzarı ziyarət edilib — FOTOMübariz İbrahimovun məzarı ziyarət edilib — FOTO

Aygün Kazımova bu universitetdə konsert verəcək
Aygün Kazımova bu universitetdə konsert verəcək
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
Qanunsuz silah-sursat aşkarlandı
Qanunsuz silah-sursat aşkarlandı
Bu gün Həcc ziyarəti başa çatır
Bu gün Həcc ziyarəti başa çatır
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Avtomobil bazarında qiymətlər BAHALAŞIB