veten informasiya agentliyi

Bu gündən prezidentliyə namizədlik irəli sürülə bilər

Tarix:8-02-2018, 11:03
Baxış Sayı:650

Bu gündən prezidentliyə namizədlik irəli sürülə bilər















Azərbaycanda bu gündən – fevralın 7-dən növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər irəli sürülə bilər.
AZTB.info-nun APA-ya istinadən məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları prezidentliyə namizədləri irəli sürə bilərlər.
Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi barədə qərar bu gün rəsmi dərc olunub. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək dövrü əhatə etməlidir. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri üçün bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi