veten informasiya agentliyi

Prezident İsa Qəmbərlə bağlı göstəriş verdi - Səhhəti ilə bağlı məsələni nəzarətə götürülüb

Tarix:16-01-2018, 12:53
Baxış Sayı:496

Prezident İsa Qəmbərlə bağlı göstəriş verdi - Səhhəti ilə bağlı məsələni nəzarətə götürülüb














Prezident İlham Əliyev İsa Qəmbərin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.

AZTB.info xəbər verir ki, bu barədə xural.com saytı yazıb.

Dövlət başçısı Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin həm ölkə daxilində, lazım gələrsə ölkə xaricində müalicə və əməliyyat olunması üçün bütün zəruri addımların atılması barədə müvafiq göstərişini verib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədriSiyavuş Novruzovda bu gün açıqlama verib ki, əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək.

S.Novruzov İsa Qəmbərin səhhəti ilə maraqlanmaq üçün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə əlaqə saxlayıb və lazım olan bütün addımların atılacağını deyib.

Qeyd edək ki, S.Novruzov APA-ya açıqlamasında da İ. Qəmbərə şəfa dilədiklərini, can sağlığı arzuladıqların bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən birinci vitse-prezidentMehriban Əliyeva, Heydər Əliyev Fondu ölkə vətəndaşlarının müalicəsi, həmçinin, xaricdə müalicəsinə ehtiyac olan zaman müvafiq dəstəyin göstərilməsi ilə bağlı addımlar atır: "Kimliyindən asılı olmayaraq, müraciət edən bütün Azərbaycan vətəndaşlarına – istər incəsənətdə, istər siyasətdə, istər digər sahələrdə çalışan şəxslər olsun – müvafiq dəstək göstərilir. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stentlər qoyulub, hazırda həkim nəzarətindədir.

Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi