veten informasiya agentliyi

İranın Ermənistanla dost münasibəti qan qohumluğundan qaynaqlanır — Millət vəkilindən açıqlama

Tarix:12-12-2017, 13:10
Baxış Sayı:702

İranın Ermənistanla dost münasibəti qan qohumluğundan qaynaqlanır — Millət vəkilindən açıqlama














İranla Ermənistan arasında isti münasibətlər artan xətt üzrə davam edir.
İran parlamentinin sədri Əli Laricani Ermənistanı dost ölkə adlandıraraq bildirib ki, rəsmi Tehran həmişə Ermənistanla əməkdaşlıq etməyə hazırdır.

Bir müddət əvvəl isə İran xairici işlər naziri Ermənistanı bölgədə sülhün carçısı adlandırmışdı.

İran-Ermənistan münasibətləri barədə millət vəkili Fazil Mustafa "Ölkə.Az"-a açıqlama verib:

"İranla iki tərəfli münasibətlər konteksində məsələyə baxmalıyıq. İranın Ermənistanla münasibəti bizi incidəcək bir siyasət olsa da, hər halda biz də özümüzü qorumaq üçün istənilən ölkə ilə belə bir münasibət saxlamağa məcburuq. Azərbaycanın İsraillə çox isti münasibəti var, ancaq İranın İsraillə heç bir münasibəti yoxdur. Bunlar hamısı dövlətlərin maraqlarına uyğun addımlardır. İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir. Bu bizi narahat edəcək məsələ olsa da, biz dövlətin necə siyasət müəyyən etməsinə qarışa bilmərik. Azərbaycan ancaq qonşuluq konteksində İrana yaxınlaşa bilər, müsəlman dövləti kimi İranla münasibətlərə baxmırıq. Çünki İranla münasibətlərə müsəlman dövləti kimi baxsaq, onda gərək rəsmi Tehrandan tələb edək ki, Ermənistana münasibətdə müsəlmanları qətl edən bir dövlət kimi yanaşsınlar.

İranla münasibətləri ikitərəfli, qonşuluq konteksində davam etdirməkdən başqa yolumuz yoxdur".

İranın Ermənistanla dost münasibəti qan qohumluğu ilə əlaqələndirən millət vəkili bildirdi ki, ölkələri idarə edənlər özlərini eyni kökdən gələn millət olaraq hiss edirlər:

"İranda yaşayan azərbaycanlıların türklük düşüncəsinin zəif olmasına görə, hakimiyyətin siyasətinə təsir edəcək bir addım atmağa iradə göstərə bilmirlər".

Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi