veten informasiya agentliyi

“Quska” məndən üzr istəyib — Hacı İbrahim Nehrəmlidən AÇIQLAMALAR

Tarix:20-11-2017, 12:28
Baxış Sayı:755

“Quska” məndən üzr istəyib — Hacı İbrahim Nehrəmlidən AÇIQLAMALAR













“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) Almaniyada mühacirətdə olan “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin rəhbərlik etdiyi silahlı dəstə üzvləri tərəfindən avtomat atəşinə tutulması xəbərlərinə münasibət bildirib.
Hacı İbrahim Nehrəmli “Ölkə.Az”a açıqlamasında deyib ki, onun ofisinin silahla atəşə tutulması barədə yayılan xəbərlər yalandır:

“Bütün bunlar yalan söhbətdir. “Quska” məni və ofisimi heç zaman silahla atəşə tutmayıb. Sadəcə olaraq, 1995-ci il dekabrın 10-da Hüseyn Abdullayevin 20 nəfər adamı ofisimə gəlib, məni axtarıblar. O vaxtı mən indiki Ədliyyə Nazirliyinin binasında otururdum. Həmin vaxtı bazar günü olduğu üçün, mən işə çıxmamışdım. Sonradan mənə zəng etmişdilər. Mən nə üçün gəldiklərinin səbəbini soruşanda dedilər ki, guya Ukraynadan dəmir gətirirəm və sairə. Onlara dedim ki, mən heç bir dəmir işi ilə məşğul deyiləm. Siz səhv ünvana gəlmisiniz. Bundan sonra “Quska” məndən üzr istədi və məsələ bitdi. Daha heç bir silahlı atışma və sairə olmayıb”.
Hüseyn Abdullayevin Ukraynadan dəmir daşınması məsələsi ilə bağlı onunla əlaqə saxladığını vurğulayan İbrahim Nehərmli qeyd edib ki, qardaşı Nazim İbrahimovun həmin ərəfədə Ukraynada səfir olmasının bununla heç bir əlaqəsi olmayıb:

“Bu hadisə 1995-ci ilin dekabrında baş verib. Həmin vaxtı isə Nazim İbrahimov Ukraynada səfir deyildi. Sadəcə olaraq Hüseyn Abdullayevin adamları düşünürdülər ki, mən dəmir gətirilməsi işinə baxıram. Mən də onlara bu işlə heç bir əlaqəmin olmadığını bildirmişəm. Bununla da məsələ bağlanıb”.

Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi