veten informasiya agentliyi

İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir”

Tarix:13-10-2017, 13:12
Baxış Sayı:690

İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir”













“Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə keçirdiyi geniş tərkibli görüşdə deyib.
“Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq”, - deyə, dövlət başçısı vurğulayıb.

O bildirib ki, Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir: “Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək”.

Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi