veten informasiya agentliyi

Qənirə Paşayeva: "Bu qədər çirkinləşməyin..."

Tarix:2-07-2017, 11:26
Baxış Sayı:588

Qənirə Paşayeva: "Bu qədər çirkinləşməyin..."

















"Sosial mediada bir qrup tərbiyəsiz var adımdan yalanlar yazır"

Bunu millət vəkili Qənirə Paşayeva statusunda yazıb.

O, sosial mediada haqqında yalanlar yazanları sərt qınayıb:

"Demədiyim sözləri guya mən demişəm kimi yazırlar. Harada, kimə demişəm bilən yox. Bu tərbiyəsizlərin ailəsində, nəslində şəhid varmı bilmirəm amma mənim çoxdur. Mən Azərbaycan Türküyəm. Çox şükr əslimi-nəslimi də bilənlərdənəm. Bu günə qədər də əlimdən nə gəlibsə də ölkəm üçün, Qarabağ davamız üçün etməyə çalışmışam. Bu adamlara bircə şey demək istəyirəm. Bu qədər çirkinləşməyin. Amma təbii ki bu mənəviyyata sahib insanlara bu sözlərin bir təsiri ola bilməz. Neçə illər öncə qardaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemindən danışdıqdan sonra, Ermənistanı işğalçı adlandırıb sərt tənqid etdikdən sonra (internetdə videoları da var) bir adamın hamının yanında yaxınlaşaraq Türkcə siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm deyib əlini uzatdıqda hər kəsin içərisində "pasportunuzu verin baxım görüm sizin adınız familyanız nədirmi" deməliydim. İndi həmin vaxt tədbirdən yayılmış şəkillərin içindən seçib başına adımdan yalan yazılar yazıb paylaşıb guya mənə zərər vurmaq istəyən mənəviyyatdan yoxsul bəzi insanlar. Bir də ki çıxışınızla düşmən millətin mənsubunun hər kəsin içərisində sizdən, xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu onu da bilmirəm... Hər halda mən eşitməmişəm...

Heç nə demirəm keşkə bu ölkə üçün siz də bir şey etmiş olsaydınız bəlkə məni etdiyiniz bu çirkinliklər bu qədər yandırmazdı. Ən azı mənə milli insan necə olmalıdır dərsi keçmək üçün mənəvi haqqınız vardı deyərdim..." (Moderator.az)

Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi