veten informasiya agentliyi

Hacıbala Abutalıbova böyük zərbə: "İllik 50 milyon gəlir gətirən sahə əlindən alındı"

Tarix:22-06-2017, 10:36
Baxış Sayı:725

Hacıbala Abutalıbova böyük zərbə: "İllik 50 milyon gəlir gətirən sahə əlindən alındı"

















Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov daha bir gəlirli sahəyə nəzarəti itirib.


AZXEBER.COM xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması ilə Bakı meri bu sahəyə nəzarəti itidi. İllərdir ki, BŞİH-in strukturunda Reklam və İnformasiya İdarəsi adlı bir qurum fəaliyyət göstərir.

Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir və gerçək olan odur ki, BŞİH illərdir bu gəlirli sahənin şəriksiz sahibi hesab olunurdu.

Qəzet yazır ki, bəzi məlumatlara görə, ölkədə reklam bazarının illik dövriyyəsi 100-150 milyon manata yaxındır. Bu məbləğin yarıdan çoxu isə məhz çoxlarının adi lövhə kimi gördüyü Bakının küçə reklamının - billboardların payına düşür. Bəzi mənbələr iddia edir ki, Abutalıbovun rəhbərlik etdiyi meriya bu reklam biznesindən rəsmi olaraq illik 50 milyon manatdan çox gəlir əldə edir.

Mediada illərdir Abutalıbovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri də bu gəlirli sahəyə nəzarət, daha doğrusu, nəzarətsizlik idi. İddialar var ki, mer və onun yaxın adamları böyük bir meqapolisə çevrilmiş Bakının reklam bazarında illərdir şəriksiz səlahiyyət sahibi olmaqla yanaşı, qurumun hesabına yığılan gəlirləri də büdcədən yayındıra biliblər.

Təsadüfi deyil ki, BŞİH reklam bazarından olan gəlirlərini ictimaiyyət üçün heç vaxt açıqlamayıb.

Xeyli müddətdir ki, Abutalıbov da sabiq nəqliyyat naziri Ziya Məmmədov nümunəsində olduğu kimi, nəzarət sahələrini itirməkdədir. Əvvəl nəqliyyat və yolların təmir-tikintisindən uzaqlaşdırılan mer bir müddət əvvəl parkinqlərə nəzarəti də itirdi. Bununla da Abutalıbov bir çox ciddi gəlir qaynaqlarından faktiki məhrum edilib.

Məlumatlar var ki, Prezident Administrasiyasına və dövlət başçısına ən çox narazılıq edilən qurumlardan biri də BŞİH barədədir. Bu da iqtidarla Abutalıbovun yolayrıcı kimi izah edilir.

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim