veten informasiya agentliyi

Zelenski resurs müqaviləsini ləğv etmək istəyir - Tramp böyük problemlərlə HƏDƏLƏDİ

Tarix:31-03-2025, 11:07
Baxış Sayı:210

Zelenski resurs müqaviləsini ləğv etmək istəyir - Tramp böyük problemlərlə HƏDƏLƏDİUkrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə resurs müqaviləsindən imtina etməyə hazırlaşır.

Bunu Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.

"O, nadir torpaq mineralları ilə bağlı razılaşmadan geri çəkilməyə çalışır və bunu edərsə, böyük problemlərlə üzləşəcəkdir", - Tramp bildirib.

Martın 27-də "Bloomberg"in yaydığı məlumatda deyilirdi ki, Vaşinqton və Kiyev arasında tərəfdaşlıq sazişinin ABŞ Prezidenti Tramp administrasiyası tərəfindən hazırlanmış yeni variantı Vaşinqtonun Ukraynada infrastruktura və faydalı qazıntıların hasilatına gələcək investisiyalarına tam nəzarəti nəzərdə tutur. Sənəddə Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti yoxdur.

Kiyev Trampın təklif etdiyi və Ukrayna infrastrukturuna və resurslarına investisiyalar üzərində ABŞ-ın tam nəzarətini nəzərdə tutan sazişin şərtlərinə yenidən baxılmasına cəhd etmək niyyətindədir. Ukrayna rəsmiləri bu sazişin ölkənin Aİ-yə üzvlüyünə mənfi təsir edəcəyindən və Kiyevi faktiki olaraq əvvəllər aldığı bütün yardımları qaytarmağa məcbur edəcəyindən ehtiyat edirlər.

Zelenski ABŞ-dan aldığı yardımı qaytarılması tələb olunan borc kimi tanımaqdan imtina edib. KİV-in məlumatına görə, Ukrayna hökuməti Vaşinqtonun təklif etdiyi sazişi itirilmiş müharibədən sonra ödəniləcək kompensasiyalarla müqayisə edib.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi