veten informasiya agentliyi

Fazil Mustafa telekanallarımızın antiRamazan siyasətini qınadı...

Tarix:29-05-2017, 12:47
Baxış Sayı:571

Fazil Mustafa telekanallarımızın antiRamazan siyasətini qınadı...

















"Özləri bilər, sonra yanıqlı-yanıqlı xurafatdan, cahillikdən danışılanda, səbəblərini bir az da bu yanlış proqram siyasətində axtarmalarını xatırlatmağa çalışacağıq"

Sahura qədər Türkiyə kanallarından müxtəlif din bilginlərinin İslamla, Quranla bağlı yorumlarını izləməyə çalışıram. Fərq qoymuram, hər bir bilgə insandan bir şeylər öyrənməyə çalışıram. Kimsəni qaralamaq zehniyyətindən uzağam. Hər bir yorumda faydalanacağın bir çox məqamlar var. Tv8-də daha səviyyəli proqram olduğunu düşünürəm. Əmrə Dormanla qonaqlarının müzakirəsi daha maraqlı anlayışlar qazanmağa yardımçı olur. Bu anda dəyərli bilim adamı Mehmet Okuyanın gözəl yorumunu zövqlə izləyirəm. Fatih Çıtlak da, Mustafa Karataş da, Bayraqdar Bayraqdarlı da, Əbdüləziz Bayandır da, Ömər Döngəloğlu da yaxşı proqram təqdim edirlər.

Mustafa İslamoğlunun da orijinal yanaşmasından faydalanmaq fürsəti əldə edə bilirsən. Hərdən bu alimləri qaralayan dinçilərin kampaniyaçılığının səbəblərini anlamağa çalışıram. Bu alimlər faydasız heç nə söyləmirlər, gözəl şərhlər verirlər, anlaşılan dillə Quranın gerçək mahiyyətini, İslamın doğru vizyonunu anladırlar. Bəs o halda niyə sevmirlər bu dəyərli alimləri? Yalandan fikirlərini kontekstdən çıxararaq İslama zidd şəkildə təqdim edərək adamları ittiham edirlər? Bunu edənlərin də əksəriyyəti təqdimat üsulundan anlaşılır ki, bilgicə, dünyagörüşcə xeyli yarımçıq insanlarıdir. Fikrimcə bunların böyük çoxluğu İslam terrorçularıdır. Yəni bir qismi əlində silah terrorçu kimi İslamın təqdimatını verməklə özünü ifadə edirsə, digərləri də sosial şəbəklərdə, ayrı-ayrı sferalarda sağlam düşüncəli din bilginlərini, dəyərli alimləri qaralamaqla, iftira atmaqla öz terrorçu mahiyyətini ifadə edir. Halbuki, həqiqətən İslama bağlı insan sevinməlidir ki, kimliyindən asılı olmayaraq doğru və anlaşılan şəkildə insanlarda bu dinə sevgi, maraq yarada bilir.

Qaldı Azərbaycan televiziyalarına, Ramazan ayında İslamın gözəl mesajlarını insanlara çatdırmaqdan imtina etmə siyasəti bu il də davam edir. Hələ daha maraqlısı da budur ki, Ramazan ayında İslam dininə qarşı çıxış motivi əsasında çəkilmiş "Babək" filminin nümayiş etdirildiyini görəndə təəccübləndim. Yəni biz hələ də adını ərəb işğalı qoyub İslamla Ramazan ayında da savaşmaqdayıq mesajını verirlər sanki... Özləri bilər, sonra yanıqlı-yanıqlı xurafatdan, cahillikdən danışılanda, səbəblərini bir az da bu yanlış proqram siyasətində axtarmalarını xatırlatmağa çalışacağıq.

Fazil Mustafa, millət vəkili

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim