veten informasiya agentliyi

“Washington Times” İlham Əliyevdən yazdı: “Bu 56 yaşlı lider...”

Tarix:11-05-2017, 13:27
Baxış Sayı:602

“Washington Times” İlham Əliyevdən yazdı: “Bu 56 yaşlı lider...”
















"Washington Times” nəşrində iki ölkə arasında əməkdaşlığa dair məqalə yer alıb

Bildirilir ki, öz qonşularından fərqli olaraq Azərbaycan heç zaman enerjidən geosiyasi silah kimi istifadə etməyib. 9 milyonluq müsəlman ölkəyə rəhbərlik edən prezident İlham Əliyevin Vladimir Putin və Ayətulla Əli Xameneyidən fərqli olaraq enerji ixracından siyasi məqsədlər üçün istifadə etməməsinin ABŞ üçün əhəmiyyət kəsb etdiyi önə çəkilir: "Bu 56 yaşlı lider anlayır ki, qışda Ukrayna vətəndaşlarının evlərində qaz olmasa, onlar soyuqdan məhv ola bilərlər, yaxud da yay aylarında Avropa bir neçə gün qazsız qalsa, qitələrarası daşınan və tez xarab olan məhsullar məhv ola bilər. Beləliklə Orta Şərq yaxınlığında Azərbaycan Qərb üçün enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu sübut edib”.

Yazıda qeyd olunub ki, Azərbaycanın həyata keçirdiyi TANAP və TAP layihələrində ABŞ-ın təcili dəstəyinə ehtiyacı var: "Bu layihə 2020-ci ildən Avropaya 355 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Bununla da Azərbaycan Avropaya enerji ixrac edən etibarlı ölkəyə çevrilir və bununla da Rusiyadan asılılığı azaldır”.

Bildirilir ki, ABŞ-da 11 sentyabr hücumundan sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Ross Vilsonu çağıraraq dəstəyini ifadə edib: "Qlobal terrorizmə qarşı mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığı onun oğlu İlham Əliyev tərəfindən də davam etdirilib. Bu gün ABŞ Hərbi Hava Qüvvələri maneəsiz Azərbaycanın hava məkanından uçmaq hüququna malikdir. Bu isə Pentaqon Nəqliyyat Komandanlığına məhsul və xidmətləri vaxtında ABŞ ordusuna çatdırmaq imkanı verir”.

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim