veten informasiya agentliyi

Samir Şərifovun “başı üzərindəki qara buludlar” çəkilir - Pərdəarxası

Tarix:5-05-2017, 09:30
Baxış Sayı:660

Samir Şərifovun “başı üzərindəki qara buludlar” çəkilir - Pərdəarxası

















Maliyyə naziri Samir Şərifovun başı üzərindəki qara buludlar çəkilməkdədir

Bir müddət qabaq naziri gözləyən təhlükə sovuşub.

Artıq media kampaniyasını da dayandırıb. Çünki həbsdə olan bankir Cahangir Hacıyevlə bağlı onu gözləyən təhlükə azalıb.

Ölkənin maliyyə sistemini darmadağın edən və manatın qətlinə fərman verən, adı üç ölkənin agenti kimi çəkilən Samir Şərifov karyerasının ağır dönəmini yaşayırdı.

Onun vəzifəsindən getməsi an məsələsi ola bilərdi. Siyasi rəhbərlik hələ ki S.Şərifova sınaq müddəti vermişdi və bu möhlət dövründə nazirin özünü necə təqdim edəcəyindən çox şey asılı idi. S.Şərifova aid olan bəzi bankların da son zamanlar sıxışdırılması ona yönəlik təzyiqlərin növbəti tərkib hissəsi idi.

Ancaq onun da günahı və fəaliyyətindəki qüsurlar kifayət qədərdir. Ondan başlayaq ki, maliyyə naziri Samir Şərifov muradına çatdı. İlin sonunda 1 dolların 2 manat olacağı haqda proqnozlar özünü doğrultdu.

2014-cü ildən başlayaraq ölkənin maliyyə-valyuta sistemini məhv edən bu məmurun yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələr böhrana düşdü.

Ulus.Az-ın verdiyi məlumata görə, maliyyə naziri qara piardan özünü qorumağı bacardı.

Bəzi mətbu orqanlar yazırdı ki, fəaliyyəti dayandırılmış ANS telekanalında belə maliyyə nazirinin üç ölkənin agenti olması haqda sujetin yayımlanması bir çox mətləblərdən xəbər verirdi.

Son illərdə ANS efirində heç bir nazir bu şəkildə hədəfə alınmamışdı və telekanalın siyasi kursunun bir mərkəzdən gəldiyi də sirr deyil.

Əldə etdiyimiz məlumata görə, C.Hacıyevin məhkəmə çıxışlarında S.Şərifovu hədəfə alması təsadüfi deyil. Keçmiş bankir birbaşa naziri ittiham edir və onun yanında oturmalı olduğunu söyləyir.

Doğrudur, bankirlə nazir arasında ziddiyyətlər həmişə olub. Cahangir Hacıyevin həbsində də bu ziddiyyətlər də mühüm rol oynayıb.

Yəni Samir Şərifov hər fürsətdə onu “vurmağa” çalışan Cahangir Hacıyevin “kredit qalmaqalı” ilə büdrəməsindən yararlanaraq ona sarsıdıcı zərbə endirməklə rəqibini sıradan çıxara bilib.

Elə bu səbəbdəndir ki, Cahangir Hacıyev həbsinin ilk aylarında vəkilləri vasitəsilə mediaya verdiyi açıqlamalarda üstüörtülü olsa da, Samir Şərifovu ittiham edib.

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim