veten informasiya agentliyi

"Onları Azərbaycan dilində olduğu kimi yazın" — Prezidentdən növbəti irad

Tarix:6-03-2020, 10:18
Baxış Sayı:464

"Onları Azərbaycan dilində olduğu kimi yazın" — Prezidentdən növbəti irad


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
Trend bildirir ki, muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Azadə Hüseynova işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələrini təqdim edərkən Prezident İlham Əliyev deyib:

"Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, “Dilizhan” yox, “Dilican”. “Dilican” yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız “Goycha Iake”, amma burada da yazılıb “Sevan”. Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. “Ekhegnadzor” sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır".

DÇ-də ehtiyat oyunçular matçı paltardəyişmə otağından izləyəcəklər?
DÇ-də ehtiyat oyunçular matçı paltardəyişmə otağından izləyəcəklər?
Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
Ermənistan hələ Aİ-yə namizəd statusuna hazır deyil - İrəvandan etiraf
Ermənistan hələ Aİ-yə namizəd statusuna hazır deyil - İrəvandan etiraf
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
Ağacdan tut yığarkən öldü
Ağacdan tut yığarkən öldü
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər