veten informasiya agentliyi

Dövlət Təhlükəsizlik Xidməti məscidlərdə cəsusları araşdıra bilər - Gəlişmə

Tarix:16-04-2017, 11:39
Baxış Sayı:653

Dövlət Təhlükəsizlik Xidməti məscidlərdə cəsusları araşdıra bilər - Gəlişmə
















Hacı Cavad məscidi ətrafında müzakirələr səngimək bilmir

Ulus.Az-ın məlumatına görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məscid qarşısına toplaşan saqqallıların araşdırması başlana bilər.

Artıq deputat Qüdrət Həsənquliyev də belə bir təkliflə çıxış edib: “Əminəm ki, onlar barəsində araşdırılma aparılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimzi casus yuvasına çevrilsin. Bu, məsələ mütləq araşdırılmalıdır”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, Azərbaycanda 2500-ə yaxın məscid fəaliyyət göstərir. “Heydər Məcsidi təkcə Cənubi Qafqazda deyil, əksər müsəlman ölkələrində ən müasir, yüksək arxitekturaya malik məsciddir.

Bu il İslam Həmrəyliyi ili elan olunub, ona görə də aranı qarışdırmaq istəyən qüvvələr var. Ona görə də biz ayıq-sayıq yanaşmalıyıq.

Hörmətli jurnalistlərimiz də diqqətli olmalıdır. Ondan 50-100 metr aşağıda Təzəpir məscidi var, get, orda namazını qıl. Yaxud bir az o tərəfdə İmam Hüseyn məscidi fəaliyyət göstərir”.

Ulus.Az-ın məlumatına görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırmalar başlanacağı gözlənilir. Ehtimal olunur ki, həmin aksiyada iştirak etmiş dindarlar arasında cəsuslar olub və provokasiya yaratmaq istəyiblər.

Zaman-zaman Azərbaycanda dini ekstremistlərin ifşa olunması istiqamətində uğurlu əməliyyatlar həyata keçirilib. DTX-nın bu prosesdə də nəticələr əldə edəcəyinə gözlənti var.

Ölkəyə İran və Rusiyadan, o cümlədən ərəb ölkələrindən radikal dini təriqətlərin üzvləri daxil olurlar. Onlar təbliğat aparır, adamları özlərinə cəlb edirlər.
Bir müddət əvvəl Qafqazın Şeyxi də bildirmişdi ki, ərəb ölkələrindən turist adı ilə Bakıya gəlib təbliğat aparan emissarlar var.

Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub.

Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim