veten informasiya agentliyi

Generalın qiyam ərəfəsində Azərbaycanda zəng etdiyi nömrə məlum oldu

Tarix:3-04-2017, 16:03
Baxış Sayı:807

Generalın qiyam ərəfəsində Azərbaycanda zəng etdiyi nömrə məlum oldu















Xəbər verildiyi kimi Ankara Cümhuriyyət Prokurorluğu ötən il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə rəhbərlik etdiyi deyilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə bir sıra xarici ölkələrlə, o cümlədən Azərbaycandakı abonentlərlə telefon danışıqları apardığını istintaq materiallarına əlavə edib.

General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

"Qaynar" virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı bu gün general Öztürkün xarici ölkələrdə zəngləşdiyi abonentlərin telefon nömrələrini də dərc edib. Belə məlum olur ki, hərbi qiyamın lideri Azərbaycanda "Azərcell"in 051 660 00 38 nömrəli mobil telefon nömrəsi ilə iki dəfə danışıb.

Sayt həmin mobil nömrəyə zəng vurub və məlum olub ki, hazırda nömrə işlək deyil. Operator həmin nömrəyə zəng çatmadığını, telefonun ya söndürüldüyünü, ya əhatə dairəsi xaricində olduğunu bildirir...

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim