veten informasiya agentliyi

Azərbaycanda “TurAz Qartalı – 2019” təlimləri başlayıb

Tarix:2-09-2019, 09:19
Baxış Sayı:425

Azərbaycanda “TurAz Qartalı – 2019” təlimləri başlayıb

Bu gündən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimləri başlayır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.

DÇ-də ehtiyat oyunçular matçı paltardəyişmə otağından izləyəcəklər?
DÇ-də ehtiyat oyunçular matçı paltardəyişmə otağından izləyəcəklər?
Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
Ermənistan hələ Aİ-yə namizəd statusuna hazır deyil - İrəvandan etiraf
Ermənistan hələ Aİ-yə namizəd statusuna hazır deyil - İrəvandan etiraf
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
Ağacdan tut yığarkən öldü
Ağacdan tut yığarkən öldü
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər