veten informasiya agentliyi

Xüsusi Təyinatlı Qüvvələrin 20 ili — FOTO / VİDEO

Tarix:30-04-2019, 14:26
Baxış Sayı:436

Xüsusi Təyinatlı Qüvvələrin 20 ili — FOTO / VİDEO














Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 20 il ötür.
Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri (Bordo Berelilər) müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri də iştirak edib. Döyüşlər zamanı şəhidlər verilsə də, düşmənin çox sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir. Xüsusi Təyinatlı Qüvvələrin 20 ili — FOTO / VİDEOXüsusi Təyinatlı Qüvvələrin 20 ili — FOTO / VİDEOXüsusi Təyinatlı Qüvvələrin 20 ili — FOTO / VİDEO

"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb
Dərnəklərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilir
Dərnəklərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilir
Təhsil Plus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində həyata keçirilib
Təhsil Plus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində həyata keçirilib
Bu gün ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib
Bu gün ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilir.
VI siniflərində monitorinq keçirilir.
"Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş intellektual yarışın regional mərhələsi keçirilib
FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib
FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib