veten informasiya agentliyi

Emin Şəkinski keçmiş qaynını bağışladı

Tarix:5-03-2019, 12:16
Baxış Sayı:361

Emin Şəkinski keçmiş qaynını bağışladı














Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Report xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şabah Hüseynov ifadə verib.

O, bu iş üzrə daha əvvəl şahid qismində dindirildiyini, Pənah Dadaşovu Gürcüstana apardığını, təqsirləndirilən şəxsi tanımadığını deyib.

Digər şahid Tahir Hüseynov dindirilən zamanı söyləyib ki, bu iş üzrə daha əvvəl təqsirli bilinib və məhkəmənin hökmü ilə şərti cəza alıb. O qeyd edib ki, E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanı uşaqları ilə birgə Gürcüstana aparıb.

Bu iş üzrə şərti cəza almış Adəm İsgəndərov da şahid qismində ifadə verib. Onun sözlərinə görə, uşaqlarının adına sənəd düzəltdirib.

Şahid qismində dindirilən Pərvin Dadaşov söyləyib ki, sənədlərin düzəlməsində iştirak edib. O bildirib ki, iş üzrə təqsirli bilinib və şərti cəza alıb.

Elan olunub ki, iş üzrə ifadə verməmiş 9 şahid məhkəməyə teleqram göndərib, şahidlərin dindirilməsi məhdudlaşdırılıb.

Daha sonra E.Şəkinskinin vəkili çıxış edib. O, müvəkkilinin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.

Hakim deyib ki, zərərçəkmiş bununla bağlı növbəti prosesdə məhkəməyə yazılı ərizə təqdim etməlidir.
Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Zərərçəkmiş qismində E.Şəkinski tanınır.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb