veten informasiya agentliyi

""Vikipediya"da Azərbaycan əleyhinə yalnış məlumatlar yayılır" - Qənirə Paşayeva

Tarix:10-03-2017, 14:31
Baxış Sayı:845

""Vikipediya"da Azərbaycan əleyhinə yalnış məlumatlar yayılır" - Qənirə Paşayeva

















Millət vəkili Qənirə Paşayeva MM-də "Vikipediya"da Azərbaycan əleyhinə yayılan yanlış məlumatlara qarşı daha fəal mübarizəyə çağırıb

Bu gün "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunda dəyişikliklər edilməsi haqqında AR qanun layihəsinin MM-də müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva dünyada çox populyar olan "Vikipediya"da Azərbaycanın tarixi, tarixi şəxsiyyətləri , mədəniyyəti və Azərbaycanla bağlı bir çox məsələrdə çox ciddi yanlış məlumatların geniş yayıldığını diqqətə çatdıraraq buna qarşısının alınması istiqamətində səyləri artırmağa, "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün ciddi addımlar atmağa çağırıb. O bildirib ki, müxtəlif ölkələrdən insanlar Azərbaycanla bağlı məlumat almaq istədikdə daha çox müraciət edilən ünvanlardan biridir"Vikipediya" və burada Azərbaycanla bağlı yanlış məlumatların olması hamımızı narahat etməlidir və "Vikipediya"da Azərbaycanla bağlı doğru məlumatların artması üçün müvafiq qurumlar və cəmiyyət olaraq səylərimizi artırmalıyıq. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın müxtəlif bölgələri, tarixi yerlərimizlə bağlı adların com, net, org domenlərinin bəzilərinin ölkəmizin düşmənlərinin əlinə keçməsi və bundan Azərbaycana qarşı yanlış məlumatlar yaymaq üçün istifadə etdiklərini diqqətə çatdıraraq "bu hallar hamımızı narahat etməlidir və bunun qarşısının alınması istiqamətində daha nələr edə bilərik deyə müzakirələr aparıb səylərimizi daha da artırmalıyıq" deyib.

Millət vəkili Qənirə Paşayeva "ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə hər birimiz, bütün qurumlarımız səylərimizi daha da artırmalıyıq" deyib.

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim