veten informasiya agentliyi

"Milli Şura"nın mitinqi göstərdi ki, Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək - Əli Əhmədov

Tarix:27-01-2019, 13:32
Baxış Sayı:358

"Milli Şura"nın mitinqi göstərdi ki, Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək - Əli Əhmədov














Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran quruma daxil olan bir sıra radikal müxalifət partiya və birliklərinin yanvarın 19-da keçirdiyi mitinq göstərdi ki, Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, siyasətlə siyasi davranış normaları, siyasi ləyaqət normaları çərçivəsində məşğul olmaq olar: "Bu mənada, mitinqlər, yaxud hansısa aksiyalar bu normalar çərçivəsində keçirilərsə, biz buna etiraz etmərik. Tənqid etmək müxalifətin təbii hüququdur. Amma tənqidi təhqirlə, söyüşlə əvəz etmək yaramazlıqdır. Təbii ki, belələri bu cür davranışları ilə hansı mənəvi keyfiyyətlərə sahib olduqlarını göstərirlər”.

Baş nazirin müavini vurğulayıb ki, yanvarın 19-da keçirilən mitinq insanların müxalifətin ideyalarını dəstəkləmədiyini qeyd edib:

"Sayca keçən dəfəki mitinqdən bir qədər çox insanın iştirak etməsini əldə rəhbər tutaraq, bundan bir silah kimi istifadə edərək özlərini qəhrəman kimi təqdim etmələrinə baxmayaraq, əslində 10 milyonluq Azərbaycan cəmiyyətinin çox kiçik bir hissəsinin təşkilatçıların çağırışlarına cavab verərək mitinqə gəlməsi ondan xəbər verir ki, onlar sosial dayaqlarını tamamilə itiriblər. Bu da təbiidir, çünki yüksək mənəvi dəyərlərə malik Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca gedə bilməz, getmir və getməyəcək”.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb