veten informasiya agentliyi

Prezident niyə 2019-a xüsusi diqqət çəkdi? - 3 mühüm məqam

Tarix:4-01-2019, 13:33
Baxış Sayı:342

Prezident niyə 2019-a xüsusi diqqət çəkdi? - 3 mühüm məqam
















Ölkə başçısının açıqladığı prioritet istiqamətlərə nəzər saldıqda 2019-cu ildə də Azərbaycanın uğurlarının davam edəcəyi və bu uğurlara aparan yolun möhkəm təməldən hazırlandığı məlum olur.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Yeni il nitqində toxunduğu məqamları şərh edərkən deyib. O bildirib ki, prezident nitqində Azərbaycanın 2018-ci ildə iqtisadi, siyasi, hərbi və digər sahələrdə əldə etdiyi uğurları vurğulamaqla yanaşı, bir neçə önəmli məqama xüsusi diqqət çəkib:

“Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı bu günə qədər görülən işlər, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün atılan addımlar, Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistandakı hərbi cinayətkar xuntanın iflasa uğraması və münaqişənin həlli ilə bağlı yeni bir mənzərənin yaranmasıdır.

Cənab prezident qeyd etdi ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin baş verməsi gözlənilir. Təbii ki, bu fikirlər bir neçə aspektə söykənir: birinci növbədə, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar və öz mövqelərini beynəlxalq aləmdə möhkəmləndirməsi, ikincisi, ölkə başçısının da vurğuladığı kimi, Azərbaycanın qonşularla münasibətləri nəticəsində regionda yaranmış vəziyyət, sabitliyin bərpa olunması faktoru, üçüncüsü və ən önəmlisi isə ölkəmizin hərbi gücünün artması amilidir”.

Analitik vurğulayıb ki, 2019-cu ildə prioritet istiqamətlərdən biri də ölkədə keçirilən islahatların davam etdirilməsidir:

“2019-cu ildə bu islahatlar 2018-ci ildə formalaşdırılmış qanunvericilik bazası əsasında davam etdiriləcək. Yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı istiqamətində fundamental addımların atılması gözlənilir. Ötən il əsası qoyulan çoxsaylı layihələr var ki, bunların davam etdirilməsi və həyata keçirilməsi nəticə etibarı ilə Azərbaycanın iqtisadi gücünü daha da artıracaq. Bu baxımdan ölkə başçısı öz çıxışında bir daha təkcə Azərbaycan dövlətinin deyil, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının qarşısında dayanan prioritet vəzifələri göstərdi. Azərbaycan dövlətinin sosial dövlət olduğunu, insan faktorunun ölkəmiz üçün nə qədər önəm daşıdığını xüsusi olaraq qeyd etdi”.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb