veten informasiya agentliyi

"İlham Əliyevin sayəsində Bakı mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqun mərkəzinə çevrilib" — Ömər Eldarov

Tarix:24-12-2018, 10:04
Baxış Sayı:331

"İlham Əliyevin sayəsində Bakı mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqun mərkəzinə çevrilib" — Ömər Eldarov














Azərbaycan həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahəsində dinamik inkişaf edən ölkələrdən biridir.
Bunu trend-ə görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenli Ömər Eldarov deyib.

Ö.Eldarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində Bakı mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqun mərkəzinə çevrilib:

“Mən həmişə demişəm və deyəcəyəm: xalqımız musiqidə olduğu kimi, təsviri incəsənətdə də çox istedadlıdır. Amma bu istedadlara inkişaf üçün lazımi şərait yaradılmasa, onlar öz potensiallarını reallaşdıra bilməyəcək. Ölkəmizdə ideyaların reallaşdırılması və inkişaf üçün hər cür şərait yaradılıb, çoxlu saraylar və mədəniyyət mərkəzləri tikilib, beynəlxalq festivallar – Qəbələ musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Bülbül və digər görkəmli şəxsiyyətlərin şərəfinə festivallar keçirilir".
Xalq rəssamı vurğulayıb ki, mədəniyyət və incəsənət xadimləri daim Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir, fəxri adlar, prezident təqaüdləri və mükafatları alırlar:

"Milli mədəniyyət və incəsənətə, dünyada geniş təbliğinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da xüsusi diqqət ayırır. Mən hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən öz əməyimin, mədəniyyət və incəsənət nümayəndələrinin əməyinin yüksək qiymətləndirildiyini görmüşəm. Azərbaycan Prezidenti İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə gələcək fəaliyyətində uğurlar arzulayıram”.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb