veten informasiya agentliyi

Prezident İlham Əliyevə doğum günü mübasibətilə təbrik məktubları gəlib

Tarix:21-12-2018, 09:39
Baxış Sayı:386

Prezident İlham Əliyevə doğum günü mübasibətilə təbrik məktubları gəlib















Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz ölkədə sülhü və firavanlığı təmin edən görkəmli siyasi xadim kimi haqlı olaraq həmvətənləriniz arasında böyük hörmət və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız.

Rusiya ilə Azərbaycan arasında hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan müttəfiqlik əlaqələrinin dərinləşməsinə, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığa Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Ümidvarıq ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı, Qafqaz-Xəzər regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm. Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz".

x x x

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Zati-alinizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik diləyirik.
Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin sayənizdə cəmi altı il ərzində dünyada tanınmış təşkilatlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi, eləcə də sülhün, dözümlülüyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərəcəkdir.

Cənab Prezident, xahiş edirik Sizə olan yüksək ehtiramımızı qəbul edəsiniz. Sizinlə VII Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik".

x x x

Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Həyatınız qurucu, xeyirxah işlərlə zəngin olsun. Hər yeni gün Sizə uğur və xoş əhval-ruhiyyə gətirsin, Sizin üçün yeni perspektivlər açsın. Yaxınlarınız arasında həmişə əmin-amanlıq, məhəbbət və qarşılıqlı anlaşma hökm sürsün.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və həyat yolunuzda yeni zəfərlər diləyirəm".

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb