veten informasiya agentliyi

Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir - Prezident İlham Əliyev

Tarix:5-12-2018, 12:52
Baxış Sayı:358

Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir - Prezident İlham Əliyev















Prezident İlham Əliyev XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının açılışı münasibətilə səmimi salamlayır, hər birinizə uğurlar arzulayıram.

Yüksək texnologiyalar sahəsində mühüm hadisələrdən olan sərgi və konfransınızın informasiya-kommunikasiya texnologiyaları sektoru nümayəndələrinin ənənəvi görüş məkanına çevrilməsi sevindirici haldır. Ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi baxımından geniş imkanlara malik “Bakutel” platformasında informasiya-kommunikasiya sənayesi təmsilçiləri, aparıcı biznes rəhbərləri və mütəxəssislər özlərinin qlobal əhəmiyyətli layihələr və eləcə də gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərək həlledici qərarlar qəbul edirlər.

Bu gün Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılmış “Şəbəkə” xidmət mərkəzlərinin sayı davamlı artırılır. İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyət həyatının ayrı-ayrı sahələrində geniş tətbiqi və məlumatların vahid mərkəzdə təhlükəsiz saxlanması üçün beynəlxalq səviyyədə təhlükəsizlik standartlarına cavab verən Data Mərkəzi qurulmuşdur.

Azərbaycan Poçtu ənənəvi xidmətlərlə yanaşı, bank-maliyyə xidmətləri də göstərir. Milli poçtumuz beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətə başlamışdır. İnformasiya-kommunikasiya texnologiyalarına marağın artırılması və gənclərin innovativ ideyalarına dəstək məqsədilə paytaxtda, həmçinin bölgələrdə “İdeyadan Biznesə” startap turları və müxtəlif yarışlar təşkil olunur. Bu yaxınlarda ölkəmizdə ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçirilmişdir. Layihə çərçivəsində ziyarətçilər yüksək texnologiyalar və innovasiyalara dair yeniliklərlə yaxından tanış olmaq imkanı qazanmışlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasının ölkəmizdə yüksək texnologiyaların inkişaf tempini daha da artıracağına əminliyimi ifadə etmək istərdim. İnanıram ki, sərgi və konfrans aparacağınız geniş müzakirələr və keçirəcəyiniz səmərəli görüşlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və yeni təşəbbüslərin meydana çıxmasına yol açacaq, informasiya-kommunikasiya texnologiyaları sənayesinin inkişafına öz töhfəsini verəcəkdir".

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb