veten informasiya agentliyi

Azərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - Sarkisyan

Tarix:3-12-2018, 12:41
Baxış Sayı:504

Azərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - Sarkisyan














Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyasının siyahısına başçılıq edən Vigen Sərkisyan Nikol Paşinyanı və onun tərəfdarlarını Qarabağ mövzusunda fikir bildirərkən son dərəcə ehtiyatlı olmağa çağırıb

Mənim Addımım Blokundan deputatlığa namizəd Sasun Mikaelyanın qalmaqallı fikirini şərh edərkən Sərkisyan bildirib ki, bunun bir düzəliş olduğuna çıx inanmaq istəyir.

Xatırladaq ki, S.Mikaelyan 26 noyabrda Talin şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bu ilin yazında Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən məxməri inqilabı Qarabağ müharibəsindəki “qələbə” ilə müqayisə edib. Bildirib ki, məxməri inqilab Qarabağ müharibəsindəki “qələbədən” daha mühüm hadisədir. “Bizim xalqımız anlamadı ki, insanlar öz həyatlarını nə üçün qurban verdilər”, - deyə deputatlığa namizəd xüsusi vurğulamışdı.

“Əgər bu, Paşinyanla qabaqcadan razılaşdırılmış bəyanat idisə, onda bunun uzağa gedəcək nəticələri olacaq. Mənim üçün ən dərin problem bu gün baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısının Qarabağın hərbi-siyasi rəhbərliyi ilə əlaqələrdə ictimai bəyanatlar verərək yaratdığı böhrandır. Bu, çox təhlükəli nəticələrə aparıb çıxara bilər.

Mən hamını bir an dayanmağa və hazırda seçkiqabağı mübarizə getdiyini unutmağa çağırıram. 12 gün sonra o qurtaracaq və biz rəqibimizlə, çox yaxşı silahlanmış ordu ilə üz-üzə qalacağıq. Cavab verməyə hazır olmaq lazımdır. Əks halda bizi daxili qurdumuz özü yeyəcək", - deyə Vigen Sərkisyan bildirib.

Nyus.am saytının ermənidilli versiyasında sabiq müdafiə nazirinin fikiri bir qədər başqa cür verilib: “Mən hamını – baş naziri, bizim Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlııq unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq. Biz cavab vermək üçün hazır olmalıyıq. Bizim daxili qurdumuz bizi yeyəcək".

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 9 dekabrda keçiriləcək.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb