veten informasiya agentliyi

Ədliyyənin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir

Tarix:22-11-2018, 12:24
Baxış Sayı:425

Ədliyyənin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir
















Bakıda Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, konfransın açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edib.
22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov bildirib ki, konfrans hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunub.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısının ədliyyə işçilərinə və hakimlərə təbrik məktubunu oxuyub.

Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycan ədliyyəsi və məhkəmə sisteminin qurulması tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə və məhkəmə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov konfransda “Azərbaycan Ədliyyəsi 100: təkamül və yeni çağırışlar” mövzusunda geniş məruzə ilə çıxış edib.

Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, o cümlədən Türkiyənin, Belarusun, Gürcüstanın və digər ölkələrin ədliyyə nazirləri və müavinləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak edirlər

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb