veten informasiya agentliyi

Kimsəsiz qız Ramil Usubova yazdı: “Müstəntiq işə soyuq yanaşır...”

Tarix:7-11-2018, 12:26
Baxış Sayı:500

Kimsəsiz qız Ramil Usubova yazdı: “Müstəntiq işə soyuq yanaşır...”















Bağırlı Vəfa Həsən qızı Tərtər sakinidir. Abşeronun Gorədil kəndində yaşayır. O, bu rayonun Fatmeyi kəndindəki istixanaların “parnik) birində işləyir. Cəmi 9 gün işlədiyi yerdə V.Bağırlıya məxsus “Samsung Galaxy J7 Core” markalı mobil telefonu yoxa çıxıb.

Cahan.info-ya bu barədə məlumat verən V.Bağırlının sözlərinə görə, bir otaqda 6 nəfər işçinin arasından telefon itib.

Faktla bağlı işi araşdıran Mehdiabad polis bölməsinin müstəntiqi Aslan müəllim bəzilərindən izahat alıb. Amma bir-iki nəfər izahat vermir.

O, min bir əziyyətlə aldığı telefonun necə yoxa çıxdığının araşdırılmasını, oğurluq edənin məsuliyyətə cəlb olunmasını tələb edir.

Amma müstəntiqin işə laqeyd yanaşmasından şikayətlənən vətəndaş bildirib ki, Aslan müəllim hadisəni araşdırmaqda maraqlı görünmür:

“Deyir ki, sənə telefon alıb bağışlamalıyam? Mən başa düşmürəm, 6 nəfərin içindən telefon necə yoxa çıxa bilər, bunu təsbit eləsinlər”.

“Parnik”də işləyən və zülmlə dolanan V.Bağırlı kimsəsizdir. Onun özünə yeni mobil telefon almaq imkanı yoxdur. Odur ki, gözünü hadisənin araşdırılmasına dikib.

V.Bağırlı Daxili İşlər naziri Ramil Usubova müraciət edərək ona inandığını vurğulayıb: “Mən istəməzdim ki, kiçik bir hadisəyə görə nazirliyə üz tutum.

Çünki müstəntiq üçün bu işi araşdırmaq asan məsələdir. Ancaq soyuq yanaşır. Mən də arxa-dayaqsız bir insanam, güvənim cənab nazirədir. Cənab nazir, sizdən tək xahişim Mehdiabad polis bölməsində işin araşdırılması üçün qəti tapşırıq verməyinizdir.

Mənim o pulum, gücüm yoxdur ki, özümə təzə telefon alım. Əgər imkanım olsaydı, “parnik”də işləməzdim. İndi mənim vəziyyətimi təsəvvür edin. Kimi üçün hər ay telefon dəyişmək adi bir şeydir.

Bizsə çətinliklə yaşayarıq. Xahiş edirəm ki, cənab nazir işi araşdırmağa tapşırıq versin, Aslan müəllim də məsələyə həssas yanaşsın.

Mən ondan şikayətçi deyiləm, sadəcə kömək göstərsin, işi bağlamasın. Telefonun bütün kodların çıxarıb vermişəm.

Orada kamera var, müdir istəsəydi 6 işçini həmin gün buraxmazdı, iş araşdırılardı. Mən günü 10 manata orda işləyirəm. Budur axırı?”.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb