veten informasiya agentliyi

Prezident daha bir nazirlə görüşdü

Tarix:5-11-2018, 12:18
Baxış Sayı:409

Prezident daha bir nazirlə görüşdü















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.
Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına və əvvəlki illərdə Fələstinlə əlaqədar müxtəlif humanitar tədbirlərə ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə Fələstin Dövləti adından dərin minnətdarlığını bildirib. Riad Əl-Maliki dövlət başçısının 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirakı və çıxışının yüksək qiymətləndirildiyini vurğulayıb. Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuza malik dövlət olduğunu deyərək, ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş edib.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb