veten informasiya agentliyi

Ordumuz bu əraziləri azad edib – Erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR

Tarix:28-09-2018, 12:11
Baxış Sayı:359

Ordumuz bu əraziləri azad edib – Erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR














Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov “İravunk” qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Naxçıvan istiqamətində geniş ərazi üzrə irəlilədiyini açıqlayıb. Qeyd edək ki, bu ilin may ayında Şərur rayonunun Günnüt kəndi, ümumilikdə isə 11 min hektar ərazi erməni işğalından azad olunub. Ermənistan tərəfi ilk günlər bu faktı inkar etsə də sonradan təsdiq etmək məcburiyətində qalıb. Faktı təsdiq edənlərdən biri də erməni kəşfiyyatçısı Vova Vartanovdur.

AZXEBER.COM NUHÇIXAN saytına istinadən həmin müsahibəni təqdim edirik:

– Naxçıvan cəbhəsində baş verənlər cəmiyyət üçün anlaşılmaz olaraq qaldı. İnsanları Naxçıvan cəbhəsinə apardılar, göstərdilər ki, hər şey yaxşıdır. Amma ekspertlər Azərbaycanın irəlilədiyi haqqında danışırlar.

-Naxçıvan cəbhəsinə nümayəndə heyəti aparanda məni dəvət etmədilər. Çünki bilirdilər mən reallığı danışacam. Bəli, vəziyyət həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan mövqelərini irəli çəkdi, lakin bununla həm də İrəvan-Mehri yolunu nəzarətə götürdülər. Hansı ki, bu yolu havaya pilotsuz təyyarələr qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan Ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu nəzarətə götürüb. Bütün bunlar narahatlıq yaratmırmı?

– Azərbaycan Ordusu Naxçıvan cəbhəsində təxminən nə qədər ərazini nəzarət altına götürüb?

– Areni kəndini… Lakin mən bunu açıqlayıb narahatlıq yaratmaq istəmirəm. Əgər vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. İndi ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə irihəcmli əməliyyat başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb.

-“Aprel müharibəsi”ndə Azərbaycanın 800 hektar ərazini azad etdiyi deyilir. Bu fakt sonradan açıqlandı. Mümkündür ki, bir müddət sonra Azərbaycanın Naxçıvan istiqamətində yüzlərlə hektar ərazini azad etdiyi açıqlanacaq?

– Orada nəsə qeyri-müəyyənlik var, biz tam dəqiq bilmirik. Lakin onu dəqiq bilirəm ki, rəqibin mövqelərini məhv etməliyik, əks təqdirdə Naxçıvan istiqamətində erməni ordusunun bütün hərəkəti onun nəzarəti altında qalacaq.

– Naxçıvan cəbhəsində məğlubiyyətimizin səhvi kimdədir?

– Birmənalı olaraq, Müdafiə Nazirliyində. Müdafiə Nazirliyi Azərbaycanın istehkam-mühəndis işlərinə barmaqarası yanaşdı. Nəticəsi də ortadadır.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb