veten informasiya agentliyi

Mikayıl Müşfiqin 110 illiyi qeyd ediləcək — Sərəncam

Tarix:18-05-2018, 11:07
Baxış Sayı:614

Mikayıl Müşfiqin 110 illiyi qeyd ediləcək — Sərəncam













Prezident İlham Əliyev mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda vurğulanır ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi tamam olur. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?