veten informasiya agentliyi

Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"

Tarix:21-02-2018, 11:24
Baxış Sayı:814

Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"














"Yatsam, yuxuma da girməzdi ki, qızım tez ailə qurar. 21 yaşında ərə getdi. Özü yolunu seçdi ki, ailə quracam. Sabir bəy sənət adamıdır. Elçin ailəmizə uzaq adam deyil, yaradıcı insandır".

AZTB.info axşam.az-a istinadən bildirir ki, bu sözləri "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Zaurla Günaydın" verilişində eyib.

O bildirib ki, qızının müğənni ilə ailə qurmasına ilk vaxtlar razılaşmayıb:

"Aydan neçə dil bilir, beynəlxalq münasibətlər fakültəsini bitirib. Fikirləşirdim ki, başqa səmtdə adam seçər. Elçinin adını eşitmişdim, amma üzdən tanımırdım. Qızımdan onun adını eşidəndə qızımıza sözümüzü dedik. Dedik ki, olmaz.

Bir gün gördüm ki, Elçin iş yerimə gəlib. Dedilər, Elçin adlı biri sizi görmək istəyir. Dedim, yəqin başqa adamdır. Gül-çiçəklə otağa daxil oldu, normal qarşıladım. Deyəndə ki, filankəsəm üzüm döndü. Onunla sərt söhbətimiz oldu. Çox çəkinirdi, əli tərləyirdi. İlk vaxtdan razılıq vermədim. Sonrakı davranışları göstərdi ki, seçimimizi düz etmişik. Elçinə güvəndim.

Övladlarımı sevgi ilə böyütmüşəm. Onları sevgi çələnginin ortasında böyütdüm. Elçinin qızıma sağlam sevgisini gördüm. Quracaqları ailənin sağlam və davamlı olacağında qızımdan çox Elçinə güvəndim. Sonra onu izləməyə başladım. Özünü çılpaqlığı ilə göstərən şou adamlarından kənarda durub, özünə hörmət edir".

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ
Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ
Məhərrəmlikdə toy etmək olar?
Məhərrəmlikdə toy etmək olar?
Dövlət sifarişi ilə təhsil alan məzunlar regionlarda işləyəcək? — AÇIQLAMA
Dövlət sifarişi ilə təhsil alan məzunlar regionlarda işləyəcək? — AÇIQLAMA
Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva
Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva
Arıqlama iynələri istifadə edən qadınlar hamiləliyi necə planlaşdırmalıdır?
Arıqlama iynələri istifadə edən qadınlar hamiləliyi necə planlaşdırmalıdır?
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib