veten informasiya agentliyi

ATV-yə gətirilən Mustafa Çelik kimdir? - Açıqlama

Tarix:20-04-2017, 09:33
Baxış Sayı:923

ATV-yə gətirilən Mustafa Çelik kimdir? - Açıqlama
















"Azad Azərbaycan” telekanalında kütləvi ixtisarların başlanması və telekanal rəhbərliyinə türkiyəli Mustafa Çelikin gətirilməsi ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə əlaqədar İstiPress ATV-nin İctimai-siyasi məsələlər və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Turan İbrahimov ilə əlaqə saxlayıb. O, Mustafa Çelikin ATV-də işə başlamasını təsdiq edib:

"Mustafa Çelik adlı şəxs ATV-də texniki məsələlər üzrə məsləhətçi qismində əməkdaşlığa cəlb olunub. ATV-nin bir neçə beynəlxalq layihəsi var idi. O da həmin layihələr çərçivəsində Türkiyədən gələn peşəkarlardan biri idi. Bilirsiniz ki, Azərbaycanda televiziya sahəsində ciddi kadr çatışmazlığı var. Şöhbət müasir kadrlardan gedir. Bu səbəbdən Mustafa Çelik Türkiyədən dəvət olunmuş bir mütəxəssisdir. Onun kanalın idarəçiliyinə aiddiyyatı yoxdur. Kanalın rəhbəri Vüqar Qaradağlı ATV-nin prezidentidir. Mustafa Çelik də birbaşa Vüqar Qaradağlının iradəsi və razılığı ilə telekanalda texniki məsələlərə uyğunlaşma və nəzarət işlərinə baxır”.

Departament rəhbəri eyni zamanda kanalda heç bir kütləvi ixtisarların olmadığını da əlavə edib:

"ATV yeganə kanaldır ki, maliyyə baxımından vəziyyəti çox yaxşıdır. Bu da heç kəsə sirr deyil. Əmək haqqları da ödənilir. Heç vergilərlə də problemimiz yoxdur. İxtisarlara gəlincə isə iqtisadi məsələlər gündəmə gəlir. ATV-də isə heç vaxt kütləvi ixtisarlar olmayıb.

Eyni zamanda ATV HD yayımın həyata keçməsi ilə də məşğuldur. Bunun üçün xaricdən çoxsaylı avadanlıqlar gətirilib. Bu avadanlıqların işlədilməsi üçün peşəkarlar cəlb edilir. Onlara nəzarət də birbaşa Vüqar Qaradağlı həyata keçirir. Cəlb olunmuş işçinin hər hansı işçini işdən çıxartması isə absurd bir fikirdir. ATV-dən yalnız işinin öhdəsindən gəlməyənlər gedir. Bu da normaldır”.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?