veten informasiya agentliyi

Erməni xəstəliyi nədir? — Həkimlərin çətinliklə qoyduğu diaqnoz

Tarix:2-05-2018, 11:06
Baxış Sayı:661

Erməni xəstəliyi nədir? — Həkimlərin çətinliklə qoyduğu diaqnoz














Hələ sovet dövründə diaqnozu həkim tərəfindən təyin olunmayan – il ərzində müntəzəm olaraq bir neçə dəfə ürəkbulanma, qızdırma, diareya, halsızlıq simptomları ilə büruzə verən xəstəliyə "erməni xəstəliyi” diaqnozu qoyurdular. Bu termin Türkiyə, keçmiş SSRİ dövlətlərində dəbdədir. Elə indi də bəzi həkimlər bu sözü işlədir.
Medicina.az xəbər verir ki, əslində bu xəstəlik İrsi Ağdəniz Qızdırması və ya Avropada deyildiyi kimi periyodik adlanır. Daha çox yəhudi, türk, orta doğu və Ağdəniz, Qara Dəniz ətrafı ərazilərdə yaşayan xalqlarda, yaponlarda yayılıb. Ermənilər bu xəstəliyin qədimliyini nəzərə alıb və özlərinin də türklər, yəhudilər kimi qədimliyini bir növ sübut etmək üçün bu xəstəliyi də özəlləşdirib adlarına çıxarmağı bacarıblar. İrsi Ağdəniz Qızdırması 24-48 saat çəkən qarın, sinə ağrısı və qısa müddətdə təkrarlanan qızdırma verir. Bundan başqa xəstədə heç bir əlavə simptom və dəyişiklik göstərmir, müayinə zamanı orqanizmdə fəsad aşkarlanmır. Qarında ağrı çox vaxt appendisitlə səhv salınıb, hətta xəstənin appendisitinin kəsilməsi ilə nəticələnir. Bu irsi keçən xəstəlik ana və ya atanın daşıyıcı olmasından qaynaqlanır.

Əgər xəstəlik uzun müddət davam edib ağır hala keçərsə, Amiloidoz adlanan xəstəliyə keçir bu zaman insanın bədənindəki amiloid adlı maddə tükənir, nəticədə ürək çatışmazlığı, böyrək çatışmazlığı, iflic kimi ağır problemlər yaranır.

Türkiyədə çox yayılmış bu xəstəliyin irsi keçməsinin qarşısını almaq üçün evlənməzdən öncə genetik test aparılması tələb olunur.
Müayinəsi və diaqnozu qan analizləri və genetik testlərlə qoyulur. Bu xəstəliyə oxşar xəstəliklər çox olduğundan, ilkin mərhələdə erməni xəstəliyi diaqnozu qoymaq hər həkimin də ağlına gəlmir. Belə xəstələrdə il ərzində ataklar şəklində xəstəlik baş verir, 2-3 gün ərzində qanda leykosit, CPR, fibrinogen kimi göstəricilər kəskin artır, atakdan sonra isə normal vəziyyətə dönür. Xəstədə ikincili amilioidozun olması da əsas göstəricidir. Çox vaxt bu insanların ailələrində, qohumlarında, nəsildə başqa yaxınlarda da bu kimi xəstəliyin olması mümkündür və normaldır.

Xəstəlik müalicə oluna bilər. Kolşişin adlı preparatın təyini kifayətdir ki, xəstədə il ərzində ataklar azalsın və ya olmasın.

Əgər sizdə və ya yaxınlarınızda buna bənzər simptomlar varsa və həkimlərin, müalicələrin faydası yoxdursa, o zaman genetik analiz verib Ağdəniz Qızdırması olub-olmadığınızı dəqiqləşdirə bilərsiniz. Ermənilərlə qəti əlaqəsi olmayan bu xəstəliyin Azərbaycanda da olması mümkündür, çünki əcdadlarımız türk köklü olduğundan kökümüz Ağdəniz, Qaradəniz sahillərinə kimi gedib çıxa bilir.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?