veten informasiya agentliyi

“WhatsApp”da istədiyiniz şəxsi izləyə bilərsiniz

Tarix:30-03-2018, 12:43
Baxış Sayı:734

“WhatsApp”da istədiyiniz şəxsi izləyə bilərsiniz














"App Store” tətbiq mağazasında istənilən "iPhone” sahibinə "WhatsApp” istifadəçilərini izləməyə imkan verən "Chatwatch” tətbiqi peyda olub.

Bu barədə "Lifehacker” məlumat yayıb.

"Dostlarınızın, qohumlarınızın və tabeliyinizdə olan əməkdaşların fəaliyyətinə nəzarət etmək istəyirsinizsə, "Chatwatch”dan istifadə edin” deyə tətbiqin qısa təsvirində yazılır.

Tərtibatçıların sözlərinə görə, proqamı telefona yazan insanlar, həmsöhbətinin sonuncu dəfə nə vaxt tətbiqə daxil olduğunu öyrənə biləcək; qarşı tərəf statusun əks olunması funksiyasını deaktivləşdirdikdə belə.

Tətbiq eyni zamanda istifadəçinin adətən hansı saatlarda yatdığını, hansı saatlarda yuxudan oyandığını göstərəcək.

"Chatwatch” eyni zamanda, əlaqə siyahısında olan insanların bir-birilə nə zaman danışdıqlarını əks etdirə bilir. Bunun üçün tətbiqin xüsusi alqoritmi bir neçə istifadəçinin şəxsi məlumatlarını tutuşdurur.

Tətbiqin "App Store”da 1,99 dollara satıldığı bildirilir. Ödənişi etdikdən sonra istifadəçi əlaqə siyahısında olan iki istifadəçini bir həftə ərzində təqib edə bilir.

Tərtibatçılar əmin edir ki, əldə olunan bütün gəlirlər, ABŞ prezidenti Donald Trampa qarşı çıxan siyasi qeyri-hökumət təşkilatının maliyyələşməsinə sərf olunacaq.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?