veten informasiya agentliyi

Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı

Tarix:26-02-2018, 11:01
Baxış Sayı:772

Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı














Yapon alimləri qripi bircə günə sağalda biləcək dərman hazırlayıblar. İddia olunur ki, bu dərmanın bircə həbini qəbul etmək qripdən tam sağaldır.
AZTB.info xəbər verir ki, hökumət “Xofluza” adlanan dərmanı Yaponiyada istehsal etməyə və satmağa artıq icazə verib.

Amma yeni dərman yəqin ki mayda apteklərdə satışa çıxarılacaq, çünki Yaponiyanın Milli Sığorta idarəsi hələ onun qiymətini müəyyən etməlidir. “Xofluza”-nın təsir mexanizminin qripə qarşı istifadə olunan ənənəvi dərmanlardan fərqləndiyi deyilir.
Qrip xəstəliyi onda başlanır ki, viruslar insanın ağciyərinə gedib çatırlar. Onlar ağciyərin hüceyrələrinə daxil olur, onun zülal yaratma mexanizmindən istifadə edib çoxalmağa başlayırlar, "özlərinin saysız-hesabsız surətini çıxarırlar". Ordan isə insanın bütün orqanizminə yayılırlar. Ənənəvi dərmanlar bu prosesin qarşısını dərhal ala bilmirlər, ona görə də sağalma prosesi bir neçə gün və ya həftə çəkir.

Yeni dərmanı yaradanlar bildirirlər ki, “Xofluza”​ infeksiyanın yayılma prosesini 24 saat ərzində dayandıra bilir. Yeni dərmanın nə dərəcədə təsirli olduğu yəqin ki, yaxın aylarda bilinəcək. Hələ ki qripdən qorunmağın ən effektiv yolu xəstəliyə yoluxmamaq üçün vaksin vurdurmaq sayılır.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?