veten informasiya agentliyi

Humboldt mükafatı alan ilk azərbaycanlı alim Prezidentə təşəkkür edib

Tarix:28-04-2022, 19:14
Baxış Sayı:1 207

Humboldt mükafatı alan ilk azərbaycanlı alim Prezidentə təşəkkür edib

Elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
O, Dünya Azərbaycanlılarının V Qurultayının ,u.ada keçirilməsini tarixi hadisə adlandırıb və bu mötəbər tədbirin iştirakçısı olmaqdan qürur duyduğunu vurğulayıb: “Dünya Azərbaycanlılarının V Qurultayı mədəniyyət beşiyi Şuşada baş tutdu. Mən bir elm xadimi kimi iki dostumun - Nobel mükafati laureatları Əziz Sancarın və Arye Varşelin Zəfər qurultayına təbrik məktublarını iştirakçıların nəzərinə çatdırdım. Bu məktublar böyük əks-səda doğurdu. Bu onu göstərir ki, biz elm adamları, dostlarımız olan Nobel mükafatçıları Prezidentimizin ətrafında yumruq kimi birləşmişik, öhdəmizə düşən işləri yerinə yetirməyə hazır və qadirik. Fürsətdən istifadə edib mənə göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə təşəkkür edirəm”.
Məsud Əfəndiyev Prezident İlham Əliyevin qurultaydakı çıxışının bütün dünyada geniş əks-səda doğurduğunu söyləyib: “Mən dəfələrlə Azərbaycan Prezidentinin çıxışlarını canlı izləmişəm. Prezidentin hər çıxışı ibrətamizdir, hər cümləsi Azərbaycanın maraqlarını özündə ehtiva edir. Şuşadakı çıxış isə inanın ki, tam səmimiyyətimlə deyirəm, başqa bir aləm idi və Zəfər qurultayının bütün enerjisini özündə əks etdirirdi. Prezidentimizin bir saatdan çox birnəfəsə, gülərüzlə çıxış etməsi və diaspor fəaliyyətinə verdiyi yüksək qiymət müzəffər xalqımızın, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun yanında yeni bir ordunun – diaspor ordusunun da olmasını təsdiq etdi”.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi