veten informasiya agentliyi

Məşhur professordan oruc tutanlara — QIZIL TÖVSİYƏLƏR

Tarix:3-05-2019, 09:52
Baxış Sayı:660

Məşhur professordan oruc tutanlara — QIZIL TÖVSİYƏLƏR















Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün nələrə əməl etmək lazımdır? İmsak və iftarda hansı qidalar yeyilməlidir? Orqanizmi oruc tutmağa necə öyrəşdirmək olar?
Publika.az xəbər verir ki, bu sualları Türkiyənin məşhur daxili xəstəliklər üzrə mütəxəssisi və kardioloq Canan Karatay cavablandırıb.

Professor bildirib ki, aclıq və susuzluğun öhdəsindən gəlmək üçün maye qidalar və tərkibində yüksək səviyyədə su olan bitkilərdən istifadənin miqdarı artırılmalıdır. Əlavə olaraq halsızlıq və baş ağrısına səbəb ola biləcək karbohidratlı qidalardan uzaq olmaqda fayda var. Karatay qeyd edib ki, insan orqanizminin gündəlik ehtiyacı olan 2,5 litr su iftardan imsaka qədər qəbul etmək sağlamlıq baxımından vacibdir.
Orqanizmi oruca hazırlamaq üçün Ramazan ayı başlamamışdan əvvəl gündəlik qida qəbulunu azaltmaq, gündə 2 dəfə yemək yeməkdə fayda var. Lakin bu zaman ara öyünlərdə meyvə yeməklə bədənin ehtiyacı olan vitamin və mineralları təmin etmək lazımdır.

Canan Karatay İbn-Sinanın "iki öyün sağlamlıqdır, üçüncü öyün xəstəlikdir" sözlərini xatırladaq bildirib ki, mədədə problemlərin yaşanmaması və bağırsaqların rahatladılması üşün iftarda qəhvə və zeytun yağı içilməlidir. Bununla yanaşı, oruc açarkən qazlı içkilərdən imtina edilməlidir. İmsakda isə duzlu qidalardan uzaq durmaq lazımdır. İmsak üçün ən ideal yemək omletdir. Lakin bu zaman kənd yumurtasından istifadə etmək vacibdir.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi