veten informasiya agentliyi

Gündəlik duz tələbatı: cəmi 6 qramdır — Ürəyini qorumaq istəyənlər üçün həkim məsləhətləri

Tarix:8-01-2019, 10:43
Baxış Sayı:575

Gündəlik duz tələbatı: cəmi 6 qramdır — Ürəyini qorumaq istəyənlər üçün həkim məsləhətləri














Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur. Onun əsas prinsipi heyvani yağlardan imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağıyla hazırlamaq, rasionda qoyun ətini azaltmaq, xolesterinlə zəngin qidalardan uzaq olmaqdan ibarətdir. Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız mal əti və meyvə-tərəvəzlərlə qidalanmalıdırlar.
Bu sözləri Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova AZƏRTAC-a deyib. O, xəstəliyin profilaktikası barədə bunları söyləyib: “Hər gün azı 45 dəqiqə idman etmək lazımdır. Əslində bu, ən az həddir. Daha yaxşı olar ki, nə qədər vaxt varsa, bir-iki saat idman edilsin. Əgər hər gün vaxt yoxdursa, ən azı 5 gün, gün ərzində yarım saat idman edilməlidir. İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür, çünki əsas etibarilə ürək problemləri və ani hipertonik krizlər səhər saatlarında olur. Axşam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə olunur.

Piyada gəzmək çox faydalıdır, amma aktiv sürətlə gəzmək məsləhətdir. Qaçaraq deyil, iri addımlarla addımlamaq daha faydalıdır. Hərəkət zamanı döş sümüyü arxasında ağrıları olmayan və 45 yaşından aşağı olanlar müəyyən qədər idman edə bilərlər.
Hərəkət zamanı döş sümüyü arxasında ağrıları, sıxılma hissi olan və ümumiyyətlə 45 yaşdan yuxarı olanlar idman etməyə başlamazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki ürək damarlarında problemi olanlar idman edərkən infarkt və ya ani ölüm keçirə bilərlər. Bunu mütləq nəzərə almaq lazımdır”.

Həkim-kardioloq qidalanma barədə də xəbərdarlıq edib: “Yemək zamanı duzun miqdarını bilmək çox vacib məsələdir. Duza olan gündəlik tələbat 6 qramdır və onun bir hissəsi çörəklə qəbul edilir. Çox çörək yedikdə qəbul edilən duzun miqdarı da artır. Eyni zamanda konserv və bütün hazır yeməklərin tərkibində duz var. Ona görə də ilk növbədə, duzu qidadan çıxarmağa çalışmaq lazımdır. Qan təzyiqi varsa duz qəbulunu daha da azaltmaq, gün ərzində 2-3 qram qəbul etmək məsləhətdir. Çoxlu duz qəbul etmək qan təzyiqinin yüksəlməsinə səbəb olan ən başlıca amillərdəndir”.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi