veten informasiya agentliyi

Azərbaycanda bu infeksiyadan ölənlərin sayı açıqlanıb

Tarix:2-12-2018, 12:26
Baxış Sayı:558

Azərbaycanda bu infeksiyadan ölənlərin sayı açıqlanıb














“Bu ilin 11 ayında Azərbaycanda 547 nəfər İİV-ə yoluxub”.

“Report” xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, onlardan 529-u Azərbaycan vətəndaşı, 18-i isə əcnəbidir: “Bunların 356-sı kişi, 173-ü isə qadındır. İndiyədək İİV infeksiyasına yoluxduğu təsdiq olunan 6 111 nəfər QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb. Onlardan 4320-si kişi, 1791-i isə qadındır. QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir”.

E.Muradov bildirib ki, indiyədək Azərbaycanda 950 nəfər İİV infeksiyasından ölüb. Onun sözlərinə görə, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 10 ayı ərzində 115 348 şəxs İİV-ə görə müayinəyə cəlb edilib, 128 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?