veten informasiya agentliyi

Azərbaycanda şəkər xəstələrinin sayı ildən-ilə artır

Tarix:13-11-2018, 10:09
Baxış Sayı:622

Azərbaycanda şəkər xəstələrinin sayı ildən-ilə artır














“Şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı ildən-ilə artır. 2017-ci ilin dekabrında Azərbaycanda 243 min xəstə qeydiyyatda olub. 2018-ci ilin 8 ayı üzrə isə bu rəqəm 263057 nəfərə çatıb”

Azvision.az xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek bildirib. Onun sözlərinə görə, cari ilin 8 ayı üzrə şəkərli diabet xəstələrinin 1654 nəfəri uşaq olub.

“Uşaqların yalnız 20 nəfəri II tip, qalanları isə I tip diabetdir. Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün uşaqların sayı 600-dən çoxdur. Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı 12-15 faiz artır”.

Uşaqlar arasında şəkərli diabetin I tipin daha geniş yayıldığını deyən direktor müavini qeyd edib ki, onlarda bu xəstəlik kəskin şəkildə başlayır. “Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda, bəzən koma vəziyyətində xəstəxanaya çatdırırlar”.

B.Salek, həmçinin bildirib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər yanaşı xəstəlikləri ağırlaşdırır. Belə ki, şəkərli diabet insult, infarkt, böyrək çatışmazlığı və bu kimi xəstlikləri yaradaraq insan ölümünə səbəb ola bilir.

“Uşaqlar arasında şəkərli diabetin yayılmasının etiologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Nisbətən yaxşlı insanlarda alkoqol, hipodinamiya – hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur”.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi