veten informasiya agentliyi

Ən çox infarkt halları şaxtalı qış günlərində rastlanır — Hava soyuduqca təhlükə də artır...

Tarix:28-10-2018, 12:37
Baxış Sayı:554

Ən çox infarkt halları şaxtalı qış günlərində rastlanır — Hava soyuduqca təhlükə də artır...










Alimlərin apardıqları son tədqiqatlar nəticəsində məlum olub ki, soyuq və küləkli havalar infarkt riskini artırır. İsveçdə ürəktutmalarının soyuq havalara təsadüf etməsini aydınlaşdırmaq üçün 1998-2013-cü illər arasında infarkt keçirmiş 274 min nəfərin xəstəlik tarixçəsi araşdırılıb. Tədqiqatlar göstərib ki, onların əksəriyyətində infarktın səbəbi soyuq havalar, aşağı atmosfer təzyiqi, güclü küləklər və günəş şüasının olmadığı şərait olub. Ən çox infarkt halları isə şaxtalı qış günlərində qeydə alınıb. Tədqiqatlara rəhbərlik edən İsveçdəki Lund Universitetinin kardioloq-professoru David Erlinqe bildirib ki, ciddi sağlamlıq problemi olan və çox vaxt ölümlə nəticələnən infarktın dəqiq səbəbini öyrənmək çox əhəmiyyətlidir. Onun sözlərinə görə, temperaturun 3-4 dərəcə selsidən aşağı düşməsi əsas koronar arteriyanı daraldır və qanın ürəyə axmasını ləngidir. Bunun nəticəsində ürəkdə əlavə təzyiq yaranır. “Soyuğun təsiri ilə dərialtında kapillyar qan damarlarının daralması da ürəyin ümumi fəaliyyətinə mənfi təsir göstərir. Qısa bir müddətdə bədənin enerji və hərarət nisbətinin dəyişməsi ilə müşayiət olunan kəskin dəyişikliklər ürəktutmasına səbəb olur”, deyə professor əlavə edib. Soyuq hava şəraitində baş verən infarktın digər ehtimal olunan səbəbləri isə insan davranışının kəskin dəyişməsi, pəhriz və fiziki məşğələlərdən imtina etməsi, habelə tənəffüs yollarında daralma nəticəsində meydana çıxan xəstəliklərdir. Professor Erlinqe qeyd edib ki, şaxtalı və küləkli havalar emosional stress vəziyyəti yaradır ki, bu da infarkta gətirib çıxara bilər. Onun sözlərinə görə, İsveçin 3 şəhərinin hava çirkliliyi üzrə araşdırmalar göstərib ki, bu amil də ürək-damar sistemində ciddi fəsadlar törədir. Leeds Universitetinin kardioloqu Kris Qeyl bildirib ki, Birləşmiş Krallıqlarda hər il 100 min insanda ürəktutması baş verir. Professor əlavə edib ki, iqlim şəraitinin rütubətli, küləkli və soyuq olduğu ölkələrdə infarkt riskini azaltmaq üçün bədəni isti saxlayan paltarlar və normal temperaturu olan otaqların olması vacibdir. Bundan əvvəl aparılan tədqiqatlar da infarktla nəticələn ölüm hallarının əksəriyyətinin soyuq qış aylarında baş verdiyini göstərmişdi.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi