veten informasiya agentliyi

Samir Şərifov deputatları saymadı: nazir iclası niyə yarımçıq tərk etdi? - Detallar

Tarix:12-06-2018, 13:41
Baxış Sayı:683

Samir Şərifov deputatları saymadı: nazir iclası niyə yarımçıq tərk etdi? - Detallar












Maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasını yarımçıq tərk etməsi birmənalı qarşılanmayıb

FİA.Az xəbər verir ki, nazirin addımı feysbukda müzakirələr açıb.

Parlamentdə “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputatların qaldırdığı suallara nazirin cavab verəcəyi gözlənilirdi.

Lakin o, müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib. Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavablandırıb.

S.Şərifovun iclası hansı səbəbdən tərk etməsi ilə bağlı məsələyə nazirlik tərəfindən aydınlıq gətirilməyib. Amma sosial şəbəkələrdə bu hərəkəti pislənilib.

Feysbukda olan fəallar, media nümayəndələri nazirin deputatlara və onları seçən (?) xalqa qarşı hörmətsizlik etdiyini yazıblar. Nazirlik isə ən azı səbəb göstərə bilərdi.

Məsələn, S.Şərifovun səhhətində narahatlıq yarandığını və yaxud təcili işi çıxdığını (?) bəanə gətirmək olardı. Amma deputatları saymayaraq iclası tərk edən nazir bununla onları aşağılamış olub.

Demək istəyib ki, sizin suallar məni maraqlandırmır, nə sözünüz varsa, müavin cavablandıracaq. Bu şəkildə xalqın Milli Məclisinə hörmətsizlik etmək nazirə yaraşmır.

FİA.Az xəbər verir ki, maliyyə naziri MTN və Beynəlxalq Bank olaylarında işdən çıxarıla bilərdi. S.Şərifov o zaman mətbuata minnətçi düşmüşdü.

Nazir dayaqlarını möhkəmləndirdikdən sonra nə media sayır, nə parlament...Bu arxayınlığın davamıdır ki, iclası yarımçıq tərk edir.

Ona görə də regionlarda maliyyə şöbələrinin rəisləri dəyişdirilməyib, maxinasiyalar davam edir, S.Şərifov maliyyə rəisləri barəsində faktları araşdırmır, medianı saymır.

Misal üçün, Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevi Samir Şərifovun “vuran əli” deyə təqdim edirlər.

Bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz X.Rzayevin “yetirmələri” olan bir neçə daimi qaliblər var.

Hansı ki, həmin onlar müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq müxtəlif qurumların tenderlərində iştirak edib “qalib” olurlar.

Məlumatlarda o da bildirilir ki, daimi “tender əjdahaları” arasında sözün həqiqi mənasında oliqarxa çevriləni də var.

“Bir tərəfdən də Xaqani Rzayevin özfəaliyyəti nəticəsində “əvəzolunmaz” obrazı yaranan şəxslər var ki, büdcə vəsaitləri onlar vasitəsilə talanır.

Həm də bütün bunlar maliyyə naziri Samir Şərifovun razılığı əsasında baş verir” – deyə məlumatlı mənbə mətbuata bildirib.

365info.az saytına daxil olan məlumata görə isə Xaqani Rzayevin kurasiyasında yuxarıda qeyd edilən bir neçə oliqarx cəmləşib.

Sayt yazır ki, həmin şəxslərin şirkətləri Xaqani Rzayevin dəstəyilə tenderlərdə hər zaman qalib gəlir.

Son vaxtlar həmin oliqarxlar nədənsə Xaqani Rzayevlə əlaqə yarada bilmirlər. Ehtimal var ki, buna səbəb nazir Samir Şərifovun vəzifəsilə bağlı yaranan qeyri-müəyyən durumdur.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi