veten informasiya agentliyi

“Zavodun təmirə bağlanması “Ai-92” markalı benzinin qiymətinə təsir edə bilər” — Vahid Əhmədovdan AÇIQLAMA

Tarix:1-06-2018, 10:32
Baxış Sayı:500

“Zavodun təmirə bağlanması “Ai-92” markalı benzinin qiymətinə təsir edə bilər” — Vahid Əhmədovdan AÇIQLAMA















Milli Məclisin deputatı Vahid Əhmədov Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılmasına münasibət bildirib.
Deputat "Ölkə.Az"a açıqlamasında deyib ki, zavodun əsaslı təmirə dayandırılması ən uzağı 30-40 gün sürəcək.

Zavodun müvaəqqəti təmirə dayandırılması ilə bağlı əhalinin ciddi narahatçılığına ehtiyac olmadığını vurğulayan V.Əhmədov qeyd edib ki, əgər “Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiya və digər ölkələrlə idxal müqavilələri imzalanacaq:

"Əsaslı təmir uzun müddət davam etməyəcək. Cəmi 30-40 gün olacaq ki, bu müddətdə də Azərbaycanın öz ehtiyatları ehtiyacları ödəyə biləcək. Əgər əlavə ehtiyac yaranarsa, bunu da Rusiya və digər ölkələrdə idxal etmək mümkündür".
V.Əhmədov əlavə edib ki, həmin dövrdə “Ai-92” marakalı benzinin qiymətini idxal müqavilələrinin şərti müəyyən edəcək:

"Yəni, bu zaman idxal müqavilələri “Ai-92” markalı benzininin qiymətinə təsir edə bilər".

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı