veten informasiya agentliyi

Dollarla kredit götürən vətəndaşlara ŞAD XƏBƏR

Tarix:11-04-2018, 12:30
Baxış Sayı:563

Dollarla kredit götürən vətəndaşlara ŞAD XƏBƏR















"Mərkəzi Bankın uçot dərəcəsinin 13 faizdən 11 faizə endirilməsi ilə bağlı qərarı mühüm iqtisadi və sosial əhəmiyyət kəsb edir".

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib.


Rauf Əliyevin sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması birinci növbədə iqtisadiyyatın bütün sahələrinin daha da sürətlə inkişaf etməsini stimullaşdıracaq:

"Bu qərarın qəbul edilməsi göstərir ki, hazırda Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin nəticələri Mərkəzi Bankın bu addımı atmasına imkan verir".

Deputat söyləyib ki, aşağı faizlə kredit götürən dövlət və özəl müəssisələr istehsalı və digər iqtisadi fəaliyyət növlərini inkişaf etdirməkdə maraqlıdırlar:

"Kredit faizinin aşağı salınması eyni zamanda mühüm sosial əhəmiyyət kəsb edir. Kredit götürməyə ehtiyacı olan vətəndaşlarımız üçün bu qərarın əhəmiyyəti çox böyükdür. Eyni zamanda kiçik və orta sahibkarlıqla məşğul olanlar da bu qərardan faydalanacaqlar. Bu qərar ümumilikdə iqtisadiyyatın bütün sahələrinin inkişafina, məşğulluğun artırılmasına və son nəticədə əhalinin rifah halının daha da yüksəlməsinə imkanları daha da genişləndirəcək".

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi