veten informasiya agentliyi

Deputat həyacan təbili çaldı: devalvasiya yaxınlaşır?

Tarix:31-08-2017, 12:06
Baxış Sayı:772

Deputat həyacan təbili çaldı: devalvasiya yaxınlaşır?













“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”.

Bunu modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul edəcəyi qərardan asılı olacaq:


Deputat həyacan təbili çaldı: devalvasiya yaxınlaşır?
“Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. Ölkənin maliyyə-bank sektoruna nəzarəti artırmaq üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da problemin öhdəsindən gələ bilmir. Doğrudur, həyata keçirilən tədbirlər sayəsində müəyyən qədər sağlamlaşma prosesi gedib, amma bu, o demək deyil ki, bank sistemində hər şey öz qaydasındadır. Sağlamlaşdırma hələ də sona çatdırılmayıb. Vaxtı keçmiş kreditlərin həcmi azalmaq əvəzinə, artır. Problemli kreditlərin həcmi 1, 7 milyard manata çatıb. Kreditlər faktiki olaraq geri qaytarılmır. Maliyyə Bazarlarına Nəzarət Palatası bizim gözlədiyimiz nəticələri vermir. Hesab edirəm ki, bank sistemlərinə nəzarətin Palataya verilməsi iqtisadiyyata və bank sisteminə mənfi təsirlərini göstərməkdədir. Bu, bizim üçün ciddi problemdir”.

V.Əhmədov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi normal işləməlidir:

“İnsanların müəyyən iş qurması üçün kreditə əlçatanlıq artırılmalıdır. İstehlak kreditlərinin faizi 28-30-dan düşmür. Mərkəzi Bank kredit faizini yüksək saxlayır. Bank sistemində problem həddindən çoxdur. Palata öz fəaliyyətində ciddi dəyişikliklər etməlidir ki, sistemi sağlamlaşdırsın. Bunların hamısı milli valyutanın məzənnəsinə təsir edən amillərdir. Hazırda məzənnə stabildir. Çünki Mərkəzi Bank vəziyyətə nəzarət edir. Amma vəziyyət uzun müddət bu cür davam edə bilməz”.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı