veten informasiya agentliyi

“Həmin insanlar qənaət edə bilərlər” — Tarif Şurası

Tarix:25-12-2016, 14:52
Baxış Sayı:870

“Həmin insanlar qənaət edə bilərlər” — Tarif Şurası

















“Təbii qaz və elektrik enerjisinin istifadəsinə tətbiq olunan güzəştli limitin artırılması təkcə əhalinin aztəminatlı təbəqəsinə yox, orta təbəqəyə də müsbət təsir göstərəcək”.

Bunu Trend-ə Tarif (qiymət) Şurasının katibinin müavini Ceyhun Nəcəfov deyib.

Onun sözlərinə görə, limit həddinin yüksəldilməsi nəticəsində elektrik enerjisindən istifadə edən güzəştli istehlakçıların sayı ölkə əhalisinin 80 faizini, qazdan istifadə edən güzəştli istehlakçılar isə 75 faizini təşkil edəcək.

C.Nəcəfov deyib: “Daha əvvəl qaz və elektrik enerjisi tarifləri artımının toxunmadığı əhali sayı müvafiq olaraq 62 və 72 faiz təşkil edirdi. Limitin artırılması nəticəsində elektrik enerjisindən istifadə edən beş istifadəçidən dördü və qazdan istifadə edən dörd istifadəçidən üçü tarif artımından azad olacaq. Tarif artımının şamil olunduğu insanlar isə limitin artırılması ilə əlaqədar öz vəsaitlərinə qənaət edə bilərlər”.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?