veten informasiya agentliyi

“2.2 ton qida məhsulu məhv edilib” – AQTA sədri

Tarix:17-01-2020, 12:22
Baxış Sayı:634

“2.2 ton qida məhsulu məhv edilib” – AQTA sədri


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bitki mənşəli yağlara dair sanitar norma və qaydalar hazırlayıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, hesabat dövründə qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib.

AQTA sədri bildirib ki, yoxlamaların 594-ü planlı, 419-u isə plandankənar olub: “Nəticədə 2.2 ton qida məhsulu zərərsizləşdirilib, 208.5 ton və 9734 litr qida məhsulu məhv edilib. İdxal nəzarəti zamanı isə əlavə 239 ton qida məhsulu məhv edilib. 545 inzibati cərimə, 14 şərti cərimə və 30 xəbərdarlıq barədə qərar qəbul olunub, 32 3700 manat inzibati cərimə tətbiq olunub”.

Q.Təhməzli əlavə edib ki, “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal-ixrac əməliyyatlarının, laborator müayinələrin təhlili nəticəsində ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib. Bu problemlər üzrə “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella, “Çiy süd və süd məhsullarında Brucella” üzrə risk profilləri hazırlanıb:

“Qida məhsullarının tərkibində trans yağ turşularının miqdarının minimuma endirilməsi məqsədilə trans yağ turşularının elmi risk qiymətləndirilməsi aparılıb. Bitki mənşəli yağlara dair sanitariya norma və qaydalarının layihələri hazırlanıb. Yaxın gələcəkdə qəbul ediləcək bu norma və qaydada bitki mənşəli yağlarda trans yağların kütlə payının 2 faizdən çox olmaması (hazırda 8 faizdir) ilə bağlı tələb öz əksini tapacaq”.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?